2017-ci ilin iyun ayının sonunadək Samsung Electronics (KRX:005930) mobil və digər elektron qurğular üçün şəxsi istehsalı olan çiplərə 1 milyard dollardan artıq investisiya qoymağı planlaşdırır. Bu barədə Reuters agentliyi xəbər yayıb.
Intel (NASDAQ: Intel `INTC`) şirkətindən sonra çip bazarında ikinci yeri tutan Cənubi Koreya şirkətinin verdiyi məlumata görə bunu etməkdə məqsəd artan tələbat fonunda mikrosxem istehsalı həcmini artırmaqdır. İnvestisiyalar Texas ştatı, Ostindəki Samsung şirkətinə yönələcəkdir.
Keçən həftə Samsung 3-cü rübdə gəlirin 30%-ədək düşməsini elan etdi. Bu da 5.2 trilyon von və ya 4.6 milyard dollar deməkdir. Bununla yanaşı şirkət 2016-cı ildə kapital xərclərinin 24 milyard dollaradək artdığını da elan etdi. Bu məbləğin yarısı Samsungun yarımkeçirici biznesinə aiddir.
Qeyd edək ki, yarımkeçiricilər bazarında Samsung şirkəti Qualcomm (NASDAQ: QUALCOMM `QCOM`) və Nvidia (NASDAQ: NVIDIA Corporation `NVDA` ilə rəqabət aparır.
ru.insider.pro©
Samsung ABŞ-da çip istehsalına 1 milyard dollardan çox sərmayə qoyur
10:24
2 Noy 2016