Rusiyada yerli rubl dollar və avronun qarşısında dəyər itirməkdə davam edir.
FED.az xəbər verir ki, 2022-ci ilin aprelindən bəri ilək dəfə olaraq dolların məzənnəsi 82 rublu keçib. Bu son bir ildə Rusiyada dolların ən yüksək məzənnəsidir.
Bakı vaxtilə saat 8-25-də dolların məzənnəsi 82.08 rubl olub. Paralel olaraq avro da bahalaşır – 2022-ci ilin aprelin 14-dən bəri ilk dəfə olaraq avro 89 rublu keçib.
Rusiyanın «SuperJob» servisinin analitikləri elan edib ki, artıq may ayında avronun məzənnəsi 91 rublu ötəcək.