Rusiya və Türkiyə mərkəzi bankları qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün texniki məsələlərin həllinə başlayıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O, hər iki tərəfin belə bir keçiddə maraqlı olduğunu açıqlayıb: “Mərkəzi banklar artıq bu məsələnin hansı yolla həyata keçirilə biləcəyi ilə əlaqədar işə başlayıblar. Bunun baş verməsi üçün bəzi texniki məsələlər işlənib hazırlanmalıdır. Hamı, həm Rusiya, həm də Türkiyə, bu perspektivə pozitiv baxır”.
Qeyd edək ki, türk lirəsi son 1 il ərzində dollara nisbətdə 11 faiz ucuzlaşıb. Prezident Rəcəb Tayıb Ərdoğan bu durumu xarici qüvvələrin Türkiyəyə təzyiqi ilə əsaslandırıb.