Ukraynadakı müharibə və Qərin sanksiyaları nəticəsində son günlər ucuzlaşan Rusiya rublu martın 9-da bir qədər bahalaşaraq itirilən mövqelərini müəyyən qəər bərpa edib.
FED.az xəbər verir ki, bu gün rublun dollar və avro qarşısında məzənnəsi yüksəlib. 1 ABŞ dolları 120,04 rubl, 1 avro isə 133,07 rubl təşkil edir.
Xatırladaq ki, bir ay əvvəl – fevralın 9-da 1 dollar 74,75 rubl, 1 avro 85,38 rubl idi.
Müharibənin başlanmasından sonra Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən rublun məzənnəsi kəskin azaldı və 1 dollar 139 rubla, 1 avro 148 rubla yüksəldi.
Qərb tərəfindən Rusiyaya tətbiq edilən ən kəskin sanksiyalar Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması, Rusiya Mərkəzi Bankının vəsaitlərinə blok qoyulması (nəticədə Mərkəzi Bankın rublun məzənnəsini idarə etmək imkanları kəskin azalıb), eləcə də martın 8-də ABŞ və Britaniya tərəfindən Rusiya neft-qazından imtina olub.