Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının növbəti iclasında “Parabank”a qeyri-bank kredit təşkilatı qismində fəaliyyət üçün lisenziya verilməsi məsələsinə baxılması planlaşdırılır.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu maliyyə sektorunun müasirləşdirilməsi üzrə Dünya Bankı ilə birgə layihənin təqdimatında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.