Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro daha sonra 1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir.
Eləcə də bax: Ərdoğan yenə lirədən danışdı: "Bu yoldan dönməyəcəyik"
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyir ki, regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamız manatın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.
“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur” – deyə, V.Bayramov deyir.
Bayramov əlavə edir ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. “Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.