Rusiya rublu sürətlə bahalaşmağa davam edir.
FED.az Moskva birjasına istinadən xəbər verir ki, bu gün hərracların açılışında ABŞ dolları 74,26 rubla qədər ucuzlaşıb.
Avro 2021-ci ilin oktyabrından bəri ilk dəfə 80,84 rubla düşüb.
Sabah üçün hesablaşmalarda Amerika valyutası Moskva vaxtı ilə saat 10:24-də 4,20 rubl ucuzlaşaraq 75,5 rubla, avro isə 4,75 rubla (82,25 rubl) düşüb. (Apa)