Rusiyanın milli valyutası rubl ABŞ dolları və avroya nisbətdə bahalaşıb.
FED.az xəbər verir ki, Moskva birjasının göstəricilərinə görə, rubl dollara və avroya nisbətdə altıncı gündür ki, bahalaşmağa davam edir.
Bu gün səhər 10:07 vaxtı ilə dolların məzənnəsi 2,9 rubl ucuzlaşaraq 105,1 rubla, avronun məzənnəsi isə 2,35 rubl ucuzlaşaraq 115,35 rubla bərabər olub. (Apa)