Beynəlxalq S&P Global Ratings (S&P) agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli və qısamüddətli kredit reytinqini "CC"dən "SD"yə endirib.
Eləcə də bax: “WSJ”: Ruslar türk banklarına $3 mlrd. - KÖÇÜRÜBLƏR
FED.az xəbər verir ki, bu barədə şənbə günü agentliyin saytında məlumat verilib.
Milli valyutada uzunmüddətli və qısamüddətli reytinqlər "mənfi" proqnozla "CreditWatch" siyahısında (nəzərdən keçirilən reytinq) “CC” səviyyəsində saxlanılır.
Agentlik qeyd edib: "Biz investorların bu rubl ödənişlərini dollar ekvivalentinə çevirə biləcəklərini və ya hökumətin bu ödənişləri 30 günlük güzəşt müddəti ərzində köçürəcəyini gözləmirik, çünki gələcək həftələrdə Rusiyaya qarşı sanksiyaların daha da güclənəcək tətbiq olunacağına inanırıq".
S&P hesab edir ki, bu, Rusiyanın xarici istiqraz sahibləri qarşısında öhdəliklərinin şərtlərini yerinə yetirməkdə texniki imkanlarına mane olacaq. (Marja)