"S&P Global" beynəlxalq reytinq agentliyi bu il Gürcüstanın dövlət borcunda rekord artım olacağını proqnozlaşdırır.
Eləcə də bax: BVF-dən Azərbaycanın dövlət borcu ilə bağlı - Proqnoz
FED.az xəbər verir ki, bu barədə təşkilatın yayımladığı makroiqtisadi hesabatda deyilir.
Sənədə əsasən, 2021-ci ilin sonunadək Gürcüstanın dövlət borcu 5,9% artaraq ÜDM-in 69,5%-nə bərabər olacaq. Hazırda bu göstərici ÜDM-in 63,6%-ni təşkil edir.
"S&P Global" ilin sonuna qədər xarici borcun ÜDM-in 69,5%-ə çatacağını nəzərə alaraq, Gürcüstanda 1 ABŞ dollarının 3,5 lariyə yüksələcəyini proqnozlaşdırır. Eyni proqnoza görə, borc 2022-ci ildə ÜDM-in 69,5%-i səviyyəsində qalacaq, 2023-cü ildə 67,9%-ə, 2024-cü ildə isə 66%-ə enəcək.
Qeyd edək ki, cari ilin 31 yanvar tarixinə olan göstəriciyə əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 7,7 mlrd. dollar təşkil edib. Gürcüstanın Azərbaycana borcu 5,4 mln. dollardır. (Apa)