Hazırda Azərbaycanın 2021-ci ildə ümumi dövlət borcunun ÜDM-yə nisbətinin 20% səviyyəsində proqnozlaşdırırıq.
Eləcə də bax: BVF: Azərbaycan iqtisadiyyatı bu il - 2% Artacaq
FED.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.
O əlavə edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin "World Economic Outlook" adlı hesabatında açıqlanacaq.
Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 milyard 821,5 milyon dollar və ya ÜDM-in 20,7%-ni, ümumi dövlət borcu isə 9 milyard 964 milyon dollar və ya ÜDM-in 23,4%-nə bərabər olub. (APA)