Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti – QoldenPay ASC-nin Müşahidə Şurasına yeni təyinatlar edilib.
Eləcə də bax: "Hesab.az" ailəsinin 11 yaşı - TAMAM OLDU!
FED.az xəbər verir ki, QoldenPay ASC-nin İdarə Heyətinin Sədri Naina Mehdiyevadan aldığımız məlumata əsasən, Müşahidə Şurasına yeni sədr və 2 yeni üzv təyin edilib və bu dəyişikliklər şirkətin gələcək fəaliyyətində yeni nailiyyətlərə imza atmaq və daha da inkişaf etmək üçün müstəsna rol oynayacaqdır.
Müşahidə Şurasının Sədri vəzifəsi Teymur Tağıyevə həvalə edilib, Emil Məsimov və İnna Tiutiun isə, yeni üzv olaraq müəyyən edilib. Hazırda Müşahidə Şurasının digər üzvləri Fuad Allahverdiyev və Orxan Bağırovdur.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
GoldenPay şirkətinin partnyor şəbəkəsinə ABB Mobile, BirBank, Pasha Mobile Bank, Rabitəbank Mobile, Ubank by Unibank, “ASAN Ödəniş” sistemi, Premium Bank Mobile, ExpressPay, CİB.az və bir çox digər təşkilatlar kimi ölkənin aparıcı tətbiqləri daxildir. (Trend)