ABŞ-ın biznes və maliyyə xidmətləri şirkəti "Moody's Corporation" ("Moody's") Rusiyada kommersiya fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Eləcə də bax: Fitch Rusiyanın 32 bankının reytinqini - AŞAĞI SALDI
Qeyd edilir ki, fəaliyyətin dayandırılması korporasiyanın "Moody's Investors Service" (MIS) və "Moody's Analytics" (MA) bölmələrinə də şamil olunur.
Lakin MA-dan fərqli olaraq, MIS Rusiyadan kənarda ölkənin cari reytinqlərinin analitik işıqlandırılmasını davam etdirəcək. (Apa)