"Moody's Investors Service" ("Moody's") şirkəti Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a2" səviyyəsindən "a1" səviyyəsinə yüksəldib.
Eləcə də bax: “Moody’s” Azərbaycanda ÜDM-i artıracaq amilləri - Açıqlayıb
FED.az xəbər verir ki, agentliyin yaydığı məlumata görə, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması, Azərbaycanın güclü xalis kreditor mövqeyi və xarici valyutada olan borcun yüksək payına baxmayaraq, ölkənin suveren fondlarının həcminin bütün birbaşa dövlət borclarını və zəmanətlərini əhatə etməsi faktı ilə dəstəklənir.
Xatırladaq ki, aprelin 6-da "Moody's" Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnoz isə "stabil"dən "müsbət"ə yüksəldilib.
Qeyd edək ki, "Moody's" son 10 ildə ilk dəfədir Azərbaycanın reytinqi üzrə proqnozunu "müsbət" səviyyədə təsdiqləyib. (Apa)