"Moody's" beynəlxalq reytinq agentliyi bu gün dörd Azərbaycan bankının- Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Xalq Bank və "Bank of Baku"nun BCA və depozit reytinqini yüksəldib.
Eləcə də bax: Moody’s ABB-nin reytinqlərini - YÜKSƏLTDİ
FED.az "Moody's"ə istinadən xəbər verir ki, bu bankların uzunmüddətli depozit reytinqləri üzrə proqnoz müsbətdən sabitə dəyişdirilib. Eyni zamanda, reytinq agentliyi "Bank Respublika"nın BCA və depozit reytinqlərini müsbət proqnozla təsdiqləyib. (Apa)