Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoru üçün hazırladığı yeni strategiyanın bu ilin ortalarına qədər təsdiqlənəcəyi gözlənilir.
Azərbaycan Mərkəzi Bankı "əyləci" sıxdı - UÇOT DƏRƏCƏSİNİ ARTIRD
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Strategiya beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanır, bank və qeyri-bank təşkilatlarının inkişafı üçün yeni model olan transformasiya məsələlərini əhatə edəcək", - deyə baş bankir qeyd edib. (Report)