"Fitch Ratings” beynəlxalq reytinq agentliyi neft və qeyri-neft iqtisadiyyatlarında 2023-cü ilin ilk yarısında yaşanan azalmanın ardından Azərbaycanda bu il iqtisadi artımın 1,8% təşkil edəcəyini proqnozlaşdırıb.
"Fitch Ratings"dən manatın məzənnəsilə bağlı - PROQNOZ
FED.az bu barədə beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
"Fitch" qeyd edib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3% olacağı gözlənilir.
Yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6% azalaraq gündə 676,000 barel) yavaşlada bilər. Bundan əlavə, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir.
Agentlik bununla belə hesab edir ki, dövlət böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur. (Apa)