2015-2016-cı maliyyə ilinin yekunlarına görə mobil qurğu üçün aparıcı mikroçip tərtibatçılarından və istehsalçılarından biri olan Qualcomm (NASDAQ: QUALCOMM `QCOM`) şirkətinin xalis gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 5,7 milyard dollar təşkil etmişdir. Qazanc isə 6.8% düşərək 23,6 milyard olmuşdur.
Şirkətin xalis gəliri 4-cü rübün yekunlarına görə keçən ilin analoji dövrü ilə müqayisədə 50% artaraq 1.6 milyard təşkil etmişdi. Səhm üzrə azaldılmış mənfəət isə keçən ilin 4-cü rübündəki 0.67 dollar ilə müqayisədə 1.07 dollar təşkil etmişdi. Analitiklər isə bu rəqəmin aksiya üzrə 1.13 dollar olacağını proqnozlaşdırırdılar. Şirkət rəhbəri Stiv Mollenkopf bildirdi:
«4-cü rüb üzrə səhm mənfəətimiz gözlədiyimizdən də yüksək oldu».
Qualcomm şirkətinin 4-cü rüb üzrə qazancı 13% artaraq 6.18 milyard dollar təşkil etdi.
Növbəti maliyyə ilinin 1-ci rübünün yekunlarına görə şirkət 5.7-6.5 milyard dollar həcmində qazanc proqnozlaşdırırdı. Səhm üzrə azaldılmış mənfəət isə gözlənildiyi kimi $0,91−1,01 dollar təşkil edəcək.
27 oktyabrda məlum oldu ki, Qualcomm şirkəti 47 milyard dollara avtomobil sahəsində yarımkeçirici istehsalçısı olan Niderland şirkəti NXP Semiconductors NV (NASDAQ: NXP Semiconductors `NXPI`)-nin alınması barədə razılığa gəlmişdir.
ru.insider.pro©