Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal Borc Monitoru" hesabatını dərc edib.
Qlobal borclar 296 trilyon dollara - ÇATIB
FED.az hesabata istinadən xəbər verir ki, qlobal borc məbləği 2021-ci ilə nisbətən 2022-ci ildə 4 trilyon dollar azalaraq 299 trilyon dollara düşüb. Bu azalma 2015-ci ildən bəri qeydə alınan ilk illik müqayisədə azalmadır.
2022-ci ilin sonuna ev təsərrüfatlarının borcu 57 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcu 89,7 trilyon dollar, dövlət borcu 84,1 trilyon dollar, banklar kimi maliyyə şirkətlərinin borcu isə 68,1 trilyon dollar olub.
Keçən il inkişaf etməkdə olan ölkələrin borcu yüksəliş trendini davam etdirərək rekord həddə - 98,2 trilyon dollara çatıb. Rusiya, Sinqapur, Hindistan, Meksika və Vyetnamda ən yüksək artım qeydə alınıb. İnkişaf etmiş ölkələrin ümumi borcu 2022-ci ildə 200,8 trilyon dollar olaraq hesablanıb.
Qlobal borcun qlobal ÜDM-ə nisbəti 2022-ci ildə 12 bənd azalaraq 338 faizə düşüb.
Qlobal borc Çinin borcunun "kəskin" artması nəticəsində 2021-ci ildə 10 trilyon dollardan çox artaraq 303 trilyon dollara çatmışdı. (Marja)