Bazar ertəsi Avropa ticarət sessiyası gedişatında qızıl üzrə qiymətlər aşağı düşdü. Buna səbəb FTB-nin Hillari Klinton barədə cinayət işinin açılmasından imtina etdikdən sonra təhlükəsiz aktivlərə tələbatın zəifləməsi oldu. Qeyd edək ki, FTB Noyabrın 8-də keçiriləcək prezident seçkiləri ərəfəsində yenidən Klintonun şəxsi poçt qutusundan mətbuata sızan və demokrat namizədlərin mövqeyini möhkəmləndirən məktublarının bir hissəsini nəzərdən keçirdikdən sonra bu qərara gəldi.
Saat 08:45-də COMEX-də (Nyu-York Əmtəə Birjasının bölməsi) satılan Dekabr çatdırılması ilə qızıl 15,15$ və ya 1,16% aşağı düşərək bir troya unsiyası 1289,35 dollara çatdı.
Keçən Çərşənbə günü qiymətli metal üzrə qiymətlər beş həftənin maksimumuna - 1309,30 dollara qalxdı, çünki investorların əhvalı ABŞ-da prezident seçkisi üzrə yarışların kəskinləşməsinə görə təzyiq altında idi.
Eyni zamanda COMEX-də səhər London ticarəti gedişatında Dekabr çatdırılması ilə gümüşün fyuçersi 16,8 sent və ya 0,91% aşağı düşərək bir troya unsiyası 18,20$ təşkil etdi, bununla bərabər mis fyuçersi 2,9 sent və ya 1,28% artaraq bir funtu 18 Martdan etibarən maksimum qiymətə - 2,294 dollara çatdı.
Qızıl FTB-nin Klintona qarşı işdən imtina etmək qərarından sonra 1% aşağı düşdü
18:04
7 Noy 2016