Bazar ertəsi qızıl qiymətləri 4-həftəlik maksimumu çərçivəsində satılmaqda davam edir. Hələ ki, investorlar bu həftə FRS toplantısınnı yekunlarını gözləyir və ABŞ-dakı siyasi qeyri-müəyyənliyi müşahidə edirlər.
Saat 07:50 GMT-yə verilən məlumata görə dekabrda çatdırma ilə qızıl qiymətləri Nyu-York əmtəə birjasının bölməsi olan COMEX-də 75 sent və ya 0.06% azalaraq bir troy unsiyası $1276,05 dollara çatmışdı.
Çərşənbə günü gözlənildiyi kimi pul-kredit siyasətinin müəyyənləşdirilməsi üzrə ikigünlük iclasın yekunlarına əsasən FRS faiz dərəcələrində heç bir dəyişiklik etməyəcək.
Bir də qeyd edək ki, 8 noyabr prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin qaldırılması qeyri-mümkündür.
FRS dərəcələri üzrə Investing.com proqnozlarına görə hazırda federal fondların fyuçersləri ABŞ-da noyabr ayında faiz dərəcələrinin qaldırılma ehtimalını 10%-dən aşağı qiymətləndirir. Lakin dekabrda onların qaldırılması ehtimalı 75% təşkil edir.
Cümə günü bu sözügedən qiymətli metal 4 oktyabrdan bəri müşahidə olunan maksimumuna $1285,40 çatmışdı. Bu da FRS-in Hillari Klintonun şəxsi elektron yazışmaları barədə işi açması niyyətini səsləndirməsindən sonra baş verdi və qarşıdan gələn prezident seçkilərinin gedişatında dəyişiklik ola biləcəyi ilə bağlı narahatlıqlar yaratdı.
investing.com©