Çərşənbə günü qızıl qiymətləri artmağa davam etmiş və bununla da yeni bir aylıq maksimumuna çatmışdı. Bu qiymətli metala tələbatın çoxalması isə ABŞ-dakı prezident seçkiləri ərəfəsində artan qeyri-müəyyənlikdən irəli gəlirdi.
Nyu-York əmtəə birjasının bölməsi olan COMEX-də satılan qızıl sessiyanın pikinə, yəni bir troy unsiyası üzrə $1295,85 dollar qiymətinə çatdı və bu da 4 oktyabrdan bəri müşahidə edilən ən yüksək qiymət idi. Saat 09:45 GMT-yə verilən məlumata görə onun qiyməti 7.40 dollar və ya 0.58% artaraq $1295,35 təşkil edirdi.
Çərşənbə axşamı günü bu qiymətli metalın dəyəri 14.90 dollar və ya 1.17% qalxmışdı, çünki bir həftədən az vaxt qalan ABŞ prezident seçkiləri ərəfəsində bazardakı əhval-ruhiyyə get-gedə daha da pisləşdi.
investing.com©