2023-ci ilin II rübündə qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 8,5 mlrd. manata çatıb.
FED.az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 %(0.3 mlrd. manat) çoxdur.
Belə ki, ötən ilin II rübündə qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 8,2 mlrd. manat idi.