Bu ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin kapital tələbi 6 milyon manat olub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu da ötən ilin sonu ilə müqayisədə 0,4 milyon manat və ya 7,1% çoxdur.
Keçən ilin sonunda Azərbaycanda investisiya şirkətlərinin kapital tələbi 5,6 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.