23 noyabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100452S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 75 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasından verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,058,300.00 AZN təşkil etmişdir.
Sifariş 98.8472 AZN (14.9946%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9946%), orta ölçülmüş qiyməti –98.8472 AZN (14.9946%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 23.11.2016 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 5,058,300.00manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 21.12.2016-cı ildir.