Qırğızıstan Milli Bankı ilkə imza ataraq orijinal dizaynda əsginas buraxıb. FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bu pul vahidinin orijinallığı onun dizayn-formasının şaquli olması ilə bağlıdır.
Milli Bankın rəhbəri Kubanıçbek Kulmatov bildirib ki, pul vahidi 2 min som (təxminən 28 dollar) dəyərindədir.
Bank rəhbərinin sözlərinə görə, əsginas müasir standartlara cavab verən yüksək müdafiə səviyyəsinə malikdir.
Qeyd olunur ki, bu orijinal dizaynlı əsginas Qırğızıstanın müstəqilliyinin 25 illiyi münasibətilə buraxılıb.