Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında faiz gəlirlərinin həcminə görə ən aşağı göstəricilər qeydə alınan banklar məlum olub.
FED.az xəbər verir ki, renkinqə daxil olan 21 bank arasında ən az faiz gəliri «Bank Melli İran»da qeydə alınıb. Bankın 9 aylıq faiz gəlirləri 3 milyon 935 min manat təşkil edib.
Faiz gəliri ən azı olan ikinci bank «Bank Avrasiya» olub – Azərbaycanın ən kiçik bankının 9 aylıq faiz gəliri cəmi 13 milyon 683 min manat olub.
Faiz gəlirin azlığına görə 3-cü yeri «Premium Bank» tutur. Bu bankın 9 aylıq faiz gəliri 30,7 milyon manat olub.















