Azərbaycanda 2026-cı ilin ilk 9 ayında istehlak kredit portfelini ən sürətlə artıran banklar məlum olub.
İstehlak kreditlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (2025/30.09.2026)
FED.az xəbər verir ki, 2025-ci ilin sonu ilə müqayisədə ən yüksək artım «AFB Bank»da qeydə alınıb. Bankın istehlak kredit portfeli 58,8% və ya 38,2 milyon manat artaraq 65 milyon manatdan 103,2 milyon manata yüksəlib.
İkinci yerdə «Bank VTB Azərbaycan» qərarlaşıb. Bankın istehlak kreditləri 47,3% və ya 52,6 milyon manat artaraq 111 milyon manatdan 163,9 milyon manata çatıb.
Üçüncü yeri «Bank of Baku» tutub. Bankın istehlak kredit portfeli 30,2% və ya 211 milyon manat artaraq 911 milyon manat təşkil edib.
İstehlak kreditlərinin artım sürətinə görə, ilk beşliyi «Azər-Türk Bank» və «Ziraat Bank Azərbaycan» tamamlayıb. Bu banklarda artım müvafiq olaraq 29,2% və 27,3% olub.
Beləliklə, renkinqə daxil olan 21 bankdan beşi istehlak kredit portfelini 25%-dən çox artırıb.
Qeyd edək ki, göstəricilər 31 dekabr 2025-ci il və 30 sentyabr 2026-cı il tarixləri üzrə müqayisəyə əsaslanır.















