"Qara valyuta bazarı" ilə bağlı cinayət işi qaldırılıb, saxlanılanlar var.
Bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev qeyd edib ki, bununla əlaqədar bu gün cinayət işi aparılır: "Müəyyən şəxslər artıq saxlanılıb, müəyyən şəxslərin adı həmin cinayət işində keçir".
General-leytenant əlavə edib ki, bu istiqamətdə qətiyyətli addımlar atılır və atılacaq.