Dekabrın 12-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qala Həyat” Sığorta Şirkəti ASC-nin hər birinin nominal dəyəri 2860 (iki min səkkiz yüz altmış) manat olan 1000 (min) ədəd adi səhmlərin əlavə buraxılışı AZ1006008226 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palatadan Fed.az-a verilən məlumata görə, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.