ABŞ-ın dollardan ölkə xarixcində mübarizədə istifadə etməsi axmaqlıqdır və ABŞ-ın ən pis strateji səhvlərindən biridir.
Rubl Karlsonun Putinlə müsahibəsinə reaksiya verdi
FED.az xəbər veri ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Dollardan xarici siyasət mübarizəsi aləti kimi istifadə etmək ABŞ-ın siyasi rəhbərliyinin kobud strateji səhvlərindən biridir. Bu (ABŞ Dolları - red), ABŞ-ın dünyada gücünü saxlamaq üçün əsas silahlardan biridir. Siyasi rəhbərlik dollardan siyasi mübarizə aləti kimi istifadə etmək qərarına gələn kimi Amerikanın bu gücünə zərbə vurdular. Mən heç bir qeyri-ədəbiyyatdan istifadə etmək istəmirəm, amma bu axmaqlıq və böyük səhvdir" - Rusiya prezidenti deyib.
O, həmçinin əlavə edib ki, ABŞ-ın hərəkətləri nəticəsində hətta onun müttəfiqləri belə dollarda saxladıqları valyuta ehtiyatlarını azalmağa başlayıblar.
"Dünyada görün nələr baş verir. Hətta ABŞ-ın müttəfiqləri arasında da dollarda olan ehtiyatları indi azalır. Hamı baş verənlərə baxır və özünü qorumaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. ABŞ tərəfindən ödənişlərin məhdudlaşdırılması, aktivlərin dondurulması və s. kimi məhdudlaşdırıcı tədbirlər bütün dünya üçün böyük həyəcan və siqnaldır”, - Putin bildirib. (Marja)