Amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putindən aldığı müsahibənin yayımlanmasından sonra cümə günü Moskva birjasında valyuta ticarətinin açılışında rublun məzənnəsi möhkəmlənib.
Bu valyuta 2023-də 55% dəyər itirərək dünyanın ən ucuz valyutalarından biri olub
FED.az xəbər verir ki, Moskva vaxtı ilə saat 07:03-ə olan məlumata görə, dolların məzənnəsi 0,39% azalaraq 90,5 rubl, avronun məzənnəsi 0,56% azalaraq 97,36 rubl təşkil edib. Yuan rubla nisbətdə 12,545 rubl təşkil edib (-0,09%).
Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib. Müsahibə 2 saat 6 dəqiqə davam edib və bu müddət ərzində Rusiya lideri təxminən 60 sualı cavablandırıb.
Prezidentin sözlərinə görə, Rusiyanın xarici ticarət ödənişlərində dolların payı 13%-ə düşüb, yuan isə 34%-ə yüksəlib.
Prezident bildirib ki, hətta ABŞ-ın müttəfiqlərinin dollarda saxlanılan ehtiyatları azalır, hamı özünü qorumaq üçün fürsət axtarır. Putin ABŞ-ın Rusiya ilə dollar ödənişlərini məhdudlaşdırmaq qərarını “tamamilə cəfəngiyat” adlandırıb və hesab edir ki, bununla öz iqtisadiyyatlarına zərbə vurublar. (Marja)