Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Qaydaların 5. 6.1-ci və 6.6-cı bəndlərinə dəyişiklik edilib. Bundan sonra yaşayış yerini dəyişməklə əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Şöbənin sorğusu əsasında aparılacaq.
Digər bir məqam pensiyalarla bağlıdır. Belə ki, müavinət təyin olunan şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılacaq. Bu zaman müavinət işi hərəkətdən çıxarılacaq. Müavinətdən tutulan ödəmələr isə pensiyadan çıxılacaq.
Qaydalara 6 nömrəli əlavəyə əsasən, regionlardakı əhalinin sosial müdafiəsi mərkəzləri DSMF-nin şəhər və rayon şöbələri ilə əvəz ediləcək.