“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi - “PAŞA Yatırım Bankası”nın rəhbərliyi dəyişib.
Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu - KAP) yaydığı xəbərə görə, Bankın İdarə Heyətinin (İH) sədri Ağa Ali Kamalov vəzifəsindən azad edilib. Onun yerinə Bankın İH-nin üzvü Cəlal Qasımov təyin edilib.
Bundan başqa, İH-nin müstəqil üzvü Sürəyya Serdengeçti də vəzifəsindən kənarlaşdırılıb. Əvəzində İH-yə iki yeni üzv – Fərid Məmmədov və Meric Uluşahin seçilib.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" iki il öncə "PAŞA Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.