Pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötənilki hesabatını Milli Məclisin plenar iclasında təqdim edərkən deyib.
V.Gülməmmədov bildirib ki, 2016-cı il üzrə nəzarət tədbirlərinin nəticəsi kimi, audit olunan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam tənbeh tədbirlərinin tədbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub:
"Bəzi qurumlar tərəfindən nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib. Həmçinin bu tədbirlərin priventiv xarakter daşıması nəzərə alınaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb".