2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 mln. manat kredit verilməsi nəzərdə tutulsa da, ayrılan kreditlərin məbləği 145,9 mln. manat olub.
Sahibkarlığın İnkişafı Fondu gələn il üçün hədəflərini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da proqnoz 104% icra olunub.
"Verilmiş kreditlərin 71%-i, 104,2 milyon manatı kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Verilmiş kreditlərin məbləğ üzrə 70,6%-i regionların, 29,4%-i isə Bakı və Abşeronun payına düşür. ",- deyə Osman Xaliyev əlavə edib.