1 yanvar 2017-ci il tarixinə Azərbaycanda ödəniş kartlarının sayı 5,3 mln. ədədi ötür. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
“1 yanvar 2017-ci il tarixinə ölkədə 5,334 mln. ödəniş kartı dövriyyədədir. Bununla belə, ümumilikdə tədavüldə olan 2,552 mln. kart pensiya və müavinətlərin ödənişi, 1,521 mln.-u - əmək haqqı, 630 mini - digər debet kartları, 631 mini - kredit kartlarıdır”, - deyə AMB-dən bildiriblər.
2016-cı ildə debet və ktedit kartları üzrə dövriyyə 12 mlrd. 780 mln. manat təşkil edib. Bununla belə, hesabat dövründə debet və kredit kartları iklə 83,383 mln. tranzaksiya həyata keçirilib. 2015-ci illə müqayisədə ödəniş kartları üzrə dövriyyə 2,5% artıb, tranzaksiyaların sayı 2,15% azalıb.
İnterfax©