2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçi heyətinin sayı azalıb.
AMB-nin "PricewaterhouseCoopers" şirkəti tərəfindən aparılan audit hesabatında bildirilir ki, 31 dekabr 2016-cı il tarixinə bankın 594 işçisi olub. Hesabatda deyilir ki, 2015-ci ildə tənzimləyicinin 646 nəfər işçisi var idi. Beləliklə, ötən il ərzində 52 nəfər AMB ilə yollarını ayırıb.
Qeyd edək ki, Azərbaycan ərazisində AMB-nin 6 ərazi idarəsi fəaliyyət göstərib.