28 fevral 2017-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 6 mlrd. 987 mln. manat təşkil edib.
Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, 31 dekabr 2016-cı il tarixinə pul bazasının həcmi 7 mlrd. 860,5 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar-fevral aylarında pul bazası 11,1% azalıb.
Fevral ayında pul bazası 4,7% və ya 344,7 mln. manat azalıb.
2016-cı ildə pul bazası 13,9% artıb.