Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.
Komitədən verilən məlumatda qeyd olunur ki, hərraca 73 dövlət əmlakı çıxarılıb, hərrac barədə məlumatlarla komitənin rəsmi saytında və özəlləşdirmə portalında (privatization.az) tanış olmaq mümkündür.