Yapon şirkəti Nikon (TYO:7731) xərclərini azalmaq üçün ştatı min nəfərədək ixtisar etmək niyyətində olduğunu elan etdi.
İxtisarlar ilk növbədə Saytama prefekturasında yerləşən Kumuqay şəhərindəki yarımkeçirici cihazların ihtehsalı üzrə zavoda toxuna bilər. Növbəti iki il ərzində ixtisarlara başlana bilər. Hal-hazırda Nikon şirkəti prioritet istiqamətlərdən biri kimi tibbi cihazların istehsalını nəzərdən keçirir.
Çərşənbə axşamı Nikon şirkətinin səhmlərinin qiyməti 1,3% artdı, şirkətin kapitallaşdırması 635 milyard yena(6,076 milyard dollar) təşkil edir.
Nikon minlərlə əməkdaşını işdən çıxaracaq
11:16
14 Noy 2016