"Nikoil Bank" ASC nizamnamə kapitalını daha 90 mln. manat və yaxud 95,24% artıraraq 184,5 mln. manata çatdırıb. Bu barədə "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verilir.
Oktyabrın 25-də birjada bankın səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Əqd çərçivəsində ilkin bazarda, alternativ seqmentdə kredit təşkilatının hər birinin nominal dəyəri 2 manat olan 45 mln. ədəd səhmi realizə edilib. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC olub.
Yeni səhmlərin hamısını "Nikoil Bank"ın əsas səhmdarı olan "Topaz İnvestments" QSC əldə edib. Son nəticədə Şirkət Bankın nizamnamə kapitalındakı payını 84,08%-dən 91,85%-ə çatdırıb.
Əvəzində "Nikoil Bank"ın digər səhmdarları - "Nikoil" QSC-nin payı 15,55%-dən 7,96%-ə, "ISR Holding" MMC-nin payı isə 0,37%-dən 0,19%-ə düşüb.
Bu, son bir ayda Bankın nizamnamə kapitalını ikinci dəfə artırmasıdır. Bundan əvvəl onun kapitalı 60 mln. manat və yaxud 2,7 dəfə artırılacaq 94,5 mln. manata çatdırılıb.
Xatırladaq ki, "Nikoil Bank" 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb.