Tesla Motors (NASDAQ: Tesla Motors `TSLA`) III kvartalı 21,9 milyon dollar xalis mənfəət ilə başa vurdu. Qeyd edək ki, adı çəkilən şirkət keçən ili 230 milyon, əvvəlki rübü isə 293 milyon zərər ilə tamamlamışdı. Ekspertlərin səhm üzrə 0,54−0,59$ zərər proqnozlaşdırmalarına baxmayaraq, aksiya üzrə gəlir 0,74$ təşkil etdi. Analitiklər gözləyirdilər ki, kvartal şirkət üçün yenidən gəlirsiz olacaq. 2010-cu ildə birjaya daxil olduğu vaxtdan etibarən Tesla standart hesabat üzrə yalnız bir gəlirli rüb haqqında hesabat verib. Bu, 2013-cü ildə baş verdi – onda səhmlərin biri 30$-dan, demək olar ki, 200$-a qədər yüksəldi. Bu yaxınlarda şirkətin baş direktoru İlon Mask bildirdi: “Tesla-nın həmişəlik zərərlə qalacağını təkid edən Wall-street skeptiklərinin üzünə "tort" atmaq çox gözəl olardı”.
Əlavə bəndlər üzrə korreksiya ilə III rübün gəliri 111 milyon dollar təşkil etdi. İlin əvvəlində xalis zərər keçən ilin analoji dövrü ilə müqayisədə (568 milyon dollar zərərə qarşı) 553,6 milyon təşkil etdi.
Şirkətin gəliri 145% artaraq 2,3 milyard dollara çatdı. Buna baxmayaraq, FactSet tərəfindən sorğulanan analitiklər gəlirin 2,2 milyard təşkil edəcəyini proqnozlaşdırmışdılar.
Əvvəlki rübdə 21,6% təşkil edən ümumi marja indi 27,7% oldu. Ümumilikdə, III rübdə 24 821 avtomobil istehsal edilmişdi, bu da oktyabrın 2-də şirkət tərəfindən səsləndirilmiş hədəfdən 300 vahid artıq hesab olunur. İllik müqayisədə çatdırılmış avtomobillərin artımı 114% təşki etdi.
Rüb üzrə hesabatın dərc edilməsindən sonra Mask bildirdi ki, Tesla IV rübü gəlirlə başa vura bilər. Mask həmçinin qeyd etdi ki, SolarCity-nin (NASDAQ: SolarCity `SCTY`) alınması IV rübdə şirkətin gəlirinə “kiçik” müsbət təsir göstərəcəkdir.
insider.pro©