Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
"Qeyri-sabit maliyyə bazarları dövründə də Dövlət Neft Fondunun aktivlərinin artması müsbət haldır"
Nazirlər Kabinetindən FED.az-a verilən xəbərə görə, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.
İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.