01.09.2021-ci il tarixinə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən etibarən Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə 152 milyard 893 milyon ABŞ dolları cəmi gəlir əldə edib.
Eləcə də bax: Avqustda Neft Fondunun valyuta hərraclarında dollar satışı artıb - MƏBLƏĞ AÇIQLANDI
FED.az xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində isə AÇG yatağı üzrə Fonda 3 milyard 488,5 milyon ABŞ dolları gəlir daxil olub.
2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər isə 3 milyard 797 milyon ABŞ dollarına çatıb.
Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2021 - 01.09.2021 dövründə 130 milyon 137 min ABŞ dolları gəlir əldə edilib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2021- 01.09.2021 tarixinə) 57 milyon 131 min ABŞ dolları təşkil edib.
İndiyədək ARDNF Azəri Çıraq Günəşli və Şahdəniz üzrə cəmi 156 milyard 690 milyon dollar gəlir əldə edib. (Marja)