Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin avqust ayı ərzində 512,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: ARDNF ötən il xalis mənfəətini - 24% Artırıb
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Avqustda Fondun valyuta satışı İyul ilə müqayisədə 50,7 milyon dollar çox olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları, aprel ayı ərzində 509,9 milyon ABŞ dolları, may ayı ərzində 312,7 milyon ABŞ dolları, iyun ayı ərzində isə 463.6 milyon ABŞ dolları, iyul ayı ərzində isə 461,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır. (Marja)