Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Fonddan FED.az-a verilən məlumata görə, fevral ayında qurum tərəfindən valyuta hərraclarında 258,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb.