2021-ci ildə Azərbaycan Respublikası Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferti proqnozlaşdırılan məbləğdən 850 milyon manat az olub.
Eləcə də bax: Dövlət Neft Fondu defisitdən profisitə - KEÇİB
FED.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfer edilib.
“Neft Fondundan Dövlət büdcəsinə transfert aylar üzrə yanvar ayı istisna olmaqla digər aylarda əhəmiyyətli kənarlaşmalar müşahidə edilmiş, ümumilikdə proqnozlaşdırılan transfert məbləği 850 milyon manat kəsirlə icra edilmişdir. 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə 11 milyard 350 milyon manat vəsait transfer edilmiş və bu xərc maddəsi büdcədə nəzərdə tutulana (12 milyard 200 milyon manat) nisbətən 93 faiz səviyyəsində icra edilmiş və yaxud 7 faiz az icra olmuşdur”,- Rəydə bildirilir.
Dövlət büdcəsinə transfertin aylar üzrə bölgüsünə görə ötən ilin yanvarında Fond dövlət büdcəsinə transfert etməyib. Ən çox transfert isə ötən ilin dekabr ayında baş verib. (Marja)