Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin məbləğini açıqlayıb.
Fonddan Fed.az-a verilən məlumata görə, ARDNF tərəfindən bu ay valyuta hərraclarında 246 mln. ABŞ dolları satılıb.
Qeyd edək ki, valyuta hərracları Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilir.