Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışı ilə bağlı məlumat yayıb.
AMB: "Bu il valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib"
FED.az xəbər verir ki, məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin aprel ayı ərzində 286 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, 2023-cü ilin fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində, 2023-cü ilin mart ayı ərzində isə 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.